“İran ABŞ nin təzyiqlərinə qarşı vaxt qazanmağa çalışır” AÇIQLAMA | Icma.az
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişinin bərpasına ümid bəsləyir.
Əks təqdirdə, Tehranın ciddi fəsadlarla üzləşəcəyi bildirilir. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib.
Trampın sərt ritorikasının səbəbləri və İranın mümkün mövqeyi ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadənin fikrincə, hazırda İran danışıqlar prosesində vaxt qazanmağa çalışır: “Tramp İranın nüvə sazişini qəbul edəcəyinə ümid bəsləyir.
Təbii ki, hazırkı danışıqlar raundlarında İran vaxt qazanmağa çalışır və buna da nail olur.
Ancaq ABŞ-nin sərt ritorikası hələlik işə yaramır”. Politoloq qeyd edib ki, İranda müxtəlif siyasi qruplar mövcuddur və bu qüvvələr arasında
Sərt xəttin tərəfdarları düşünür ki, əgər uran zənginləşdirilməsə və nüvə silahı əldə olunmasa, bu rejimin sonu olacaq.
Bu yanaşmanı daha çox öz maraqları üçün əsaslandırırlar. Orta xəttin tərəfdarları isə müəyyən uzlaşmadan yanadır”.
Trampın hələlik hərbi əməliyyat variantını ciddi düşünmədiyini bildirən R.Tağızadə, ABŞ-nin iqtisadi sanksiyalarla təzyiq mexanizmini aktivləşdirə biləcəyini vurğulayıb: “Hazırda Trampın hərbi əməliyyat barədə düşündüyünü sanmıram.
Tam oxu
Xəbəri oxu