Icma.az
close
up
RU
“İran ABŞ nin təzyiqlərinə qarşı vaxt qazanmağa çalışır” AÇIQLAMA

“İran ABŞ nin təzyiqlərinə qarşı vaxt qazanmağa çalışır” AÇIQLAMA

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişinin bərpasına ümid bəsləyir. Əks təqdirdə, Tehranın ciddi fəsadlarla üzləşəcəyi bildirilir. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib.


Trampın sərt ritorikasının səbəbləri və İranın mümkün mövqeyi ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadənin fikrincə, hazırda İran danışıqlar prosesində vaxt qazanmağa çalışır:


“Tramp İranın nüvə sazişini qəbul edəcəyinə ümid bəsləyir. Təbii ki, hazırkı danışıqlar raundlarında İran vaxt qazanmağa çalışır və buna da nail olur. Ancaq ABŞ-nin sərt ritorikası hələlik işə yaramır”.


Politoloq qeyd edib ki, İranda müxtəlif siyasi qruplar mövcuddur və bu qüvvələr arasında nüvə proqramına yanaşma fərqlidir:


“İranda həm sərt xətt tərəfdarları var, həm də orta xəttin təmsilçiləri. Sərt xəttin tərəfdarları düşünür ki, əgər uran zənginləşdirilməsə və nüvə silahı əldə olunmasa, bu rejimin sonu olacaq. Bu yanaşmanı daha çox öz maraqları üçün əsaslandırırlar. Orta xəttin tərəfdarları isə müəyyən uzlaşmadan yanadır”.


Trampın hələlik hərbi əməliyyat variantını ciddi düşünmədiyini bildirən R.Tağızadə, ABŞ-nin iqtisadi sanksiyalarla təzyiq mexanizmini aktivləşdirə biləcəyini vurğulayıb:


“Hazırda Trampın hərbi əməliyyat barədə düşündüyünü sanmıram. Amma əgər danışıqlar nəticə verməsə, ABŞ iqtisadi sanksiyaları yenidən tətbiq edə bilər”.
Politoloqun fikrincə, bu kontekstdə İsrailin də təsiri nəzərəçarpacaqdır:

“İsrail istəyir ki, ABŞ İrana daha çox təzyiq göstərsin. Yaxın Şərqdə hazırda bir dilemma yaranıb. ABŞ rəsmiləri hərbi əməliyyatları nəzərdən keçirsə də, statistika göstərir ki, uran zənginləşdirilən obyektlərin vurulması çətindir. Belə zərbələr üçün xüsusi bombardmançı təyyarələr lazımdır ki, onlar ABŞ müdafiə sənayesində mövcuddur. Amma müharibə aparmaq ABŞ-nin hazırkı maraqlarına uyğun deyil”.


Ekspert həmçinin qeyd edib ki, ABŞ üçün müharibə həm iqtisadi baxımdan, həm də insan resursları kontekstində ciddi yükdür:


“Müharibə həm iqtisadi güc, həm resurs, həm də insan itkisi deməkdir. Ona görə də indiki şəraitdə İran mümkün qədər vaxt qazanmağa çalışır”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri