İran Avropa ilə nüvə danışıqlarına başlayır | Icma.az
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi jurnalistlərə bildirib ki, üzümüzə gələn həftənin cümə günü İran, Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək.
Müzakirələr ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edəcək.
“Fələstin və Livan problemləri də daxil olmaqla bir sıra regional və beynəlxalq məsələlər, həmçinin nüvə problemi müzakirə olunacaq”, - deyən Bəqayi görüşün keçiriləcəyi yeri açıqlamayıb.
O, üç Avropa ölkəsi ilə gözlənilən danışıqları sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən müzakirələrin davamı kimi qiymətləndirib.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-nin İrana qarşı qətnamə qəbul etmələrini “yersiz hərəkət” adlandırıb və bildirib ki, “bu , MAQATE və İran arasında interaktiv prosesləri zəiflədəcək və ya tamamilə pozacaq".
Xatırladaq ki, noyabrın əvvəlində MAQATE rəhbəri Rafael Qrossi Tehrana iki günlük səfər etmişdi.
Qrossi ilə görüşdən sonra Əraqçi X hesabında qeyd etmişdi ki, Tehran BMT-nin nüvə nəzarəti orqanı ilə “tam əməkdaşlığını” davam etdirəcək.
Tam oxu
Xəbəri oxu