Icma.az
close
up
RU
İran Avropa ilə nüvə danışıqlarına başlayır

İran Avropa ilə nüvə danışıqlarına başlayır

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi jurnalistlərə bildirib ki, üzümüzə gələn həftənin cümə günü İran, Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək. Müzakirələr ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edəcək.
“Fələstin və Livan problemləri də daxil olmaqla bir sıra regional və beynəlxalq məsələlər, həmçinin nüvə problemi müzakirə olunacaq”, - deyən Bəqayi görüşün keçiriləcəyi yeri açıqlamayıb. O, üç Avropa ölkəsi ilə gözlənilən danışıqları sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən müzakirələrin davamı kimi qiymətləndirib.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-nin İrana qarşı qətnamə qəbul etmələrini “yersiz hərəkət” adlandırıb və bildirib ki, “bu , MAQATE və İran arasında interaktiv prosesləri zəiflədəcək və ya tamamilə pozacaq".
Xatırladaq ki, noyabrın əvvəlində MAQATE rəhbəri Rafael Qrossi Tehrana iki günlük səfər etmişdi. Qrossi ilə görüşdən sonra Əraqçi X hesabında qeyd etmişdi ki, Tehran BMT-nin nüvə nəzarəti orqanı ilə “tam əməkdaşlığını” davam etdirəcək.
Dünyanı güc strukturları ilə 2015-ci ildə imzalanmış və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə sazişinə əsasən, İran sarsıdıcı sanksiyaların yüngülləşdirilməsi müqabilində özünün nüvə zənginləşdirmə proqramını məhdudlaşdırmağa razılaşmışdı. Lakin saziş 2018-ci ildə, Trampın administrasiyasının rəhbərliyi dövründə Vaşinqtonun birtərəfli qaydada sazişdən çıxması, İslam Respublikasına qarşı sanksiyaları bərpa etməsi və buna cavab olaraq qarşı tərəfin öz növbəsində uran saflaşdırma səylərini gücləndirməsi ilə pozulmağa başlamışdı.
Bundan sonra Tehran dəfələrlə atom bombası yaratmaq istəyini təkzib edərək, belə bir addımın İslam Respublikasının doktrinasına zidd olduğunu bildirsə də, qarşı tərəfi inandıra bilməyib.
Bu ilin sentyabrında Qrossi Nyu-Yorkda BMT Baş Assambleyasında (UNGA) bildirdi ki, “beynəlxalq ictimaiyyət və İran nüvə proqramı ilə bağlı vəziyyəti sabitləşdirmək üçün “möhkəm çərçivəyə” ehtiyac duyurlar”.
Bir il əvvəl isə o, Tehranın MAQATE müfəttişlərinin akkreditasiyasını birtərəfli qaydada geri götürmək qərarını pisləmişdi. Qeyd edək ki, həmin vaxt Tehran “İran və MAQATE arasında əməkdaşlığı pozmaq” istəyən Qərb dövlətlərinin “öz siyasi məqsədləri üçün nəzarətçi orqandan sui-istifadə etdikləri” və “həddindən artıq tələblər” irəli sürdükləri üçün lisenziyalarını geri götürdüyünü açıqlamışdı.
Səbinə Həsənova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2024 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri