İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27.08.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Tehrana düşmən olan media orqanları İranın hərbi hədəfləri hesab olunur.
Yeniavaz.com
”Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin xüsusi nümayəndəsi general Abolfazl Şekarçi bildirib.
“Düşmən media sionistlərin və amerikalıların əlaltılarıdır və hərbi hədəflərimizin siyahısına daxil ediliblər”, - İran Silahlı Qüvvələrinin rəsmisi qeyd edib.
Onun sözlərinə görə, İsrail və digər düşmən ölkələr tərəfindən maliyyələşdirilən farsdilli media qurumları İranı hədəf alır.
General qeyd edib ki, İranın düşmənləri hazırda müasir texnologiyaya və geniş media imkanlarına malikdirlər.
Şekarçi həmçinin iddia edib ki, “düşmənin media korporasiyası"nın əhəmiyyətli bir hissəsi İsrailin nəzarəti altındadır. Xüsusilə, o, BBC, “Iran International” və “Radio Farda”nı İsrail kəşfiyyat agentliyi “Mossad”, MKİ və digər kəşfiyyat agentlikləri ilə əlaqədə ittiham edib.
O, bu media orqanlarının təlimatlar və pul aldıqlarını bildirib.
Eyni zamanda, Şekarçi bildirib ki, İranın nəzarətində olan media, düşmənin texnologiya və resurslarda üstünlüyünə baxmayaraq, buna müqavimət göstərə biləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью