İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tehrana düşmən olan media orqanları İranın hərbi hədəfləri hesab olunur.
Yeniavaz.com ”Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin xüsusi nümayəndəsi general Abolfazl Şekarçi bildirib.
“Düşmən media sionistlərin və amerikalıların əlaltılarıdır və hərbi hədəflərimizin siyahısına daxil ediliblər”, - İran Silahlı Qüvvələrinin rəsmisi qeyd edib.
Onun sözlərinə görə, İsrail və digər düşmən ölkələr tərəfindən maliyyələşdirilən farsdilli media qurumları İranı hədəf alır.
General qeyd edib ki, İranın düşmənləri hazırda müasir texnologiyaya və geniş media imkanlarına malikdirlər.
Şekarçi həmçinin iddia edib ki, “düşmənin media korporasiyası"nın əhəmiyyətli bir hissəsi İsrailin nəzarəti altındadır. Xüsusilə, o, BBC, “Iran International” və “Radio Farda”nı İsrail kəşfiyyat agentliyi “Mossad”, MKİ və digər kəşfiyyat agentlikləri ilə əlaqədə ittiham edib.
O, bu media orqanlarının təlimatlar və pul aldıqlarını bildirib.
Eyni zamanda, Şekarçi bildirib ki, İranın nəzarətində olan media, düşmənin texnologiya və resurslarda üstünlüyünə baxmayaraq, buna müqavimət göstərə biləcək.
Bu mövzuda digər xəbərlər:İran niyə AzTV ni düşmən media elan etdi? VİDEO
27 İyul 2026 14:21
İran dostdur, yoxsa düşmən?
28 İyul 2026 20:07
İsrailin yeni hədəfi bu ölkədir Düşmən elan edəcəklər
13 Aprel 2026 14:14
Rusiya onları düşmən elan etdi
06 Sentyabr 2025 13:17
İran ABŞ ı bir nömrəli düşmən elan edib
19 Mart 2025 13:10
Baxış sayı:142
Bu xəbər 27 Avqust 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















