İran getdikcə TƏKLƏNİR: “Tramp daha da sərt siyasət həyata keçirəcək” Yeni Çağ Media | Icm…
Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “İranın bu cür görüşlərə dəvət olunmaması tamamilə təbiidir.
Uzun illərdir ki, İran hazırkı hakimiyyətin əsas rəqibi olan Bəşər Əsəd rejiminin qatı tərəfdarı kimi çıxış edib və rejimin mövcudluğunu qoruyub saxlamaq üçün hərbi və maddi baxımdan hərtərəfli dəstək göstərib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Suriyadakı vəziyyətlə bağlı keçirilən görüşə İranın dəvət olunmamasını şərh edib.
Onun sözlərinə görə, bu baxımdan, İranın belə bir görüşə dəvət olunması məntiqə uyğun olmazdı: “Hətta Suriyada hakimiyyət dəyişikliyindən sonra İranın ali dini lideri Seyid Əli Xamenei açıqlama verərək, ölkəsinin hazırkı rejimlə mübarizə aparacaq istənilən gücün yanında olacaqlarını bəyan edib.
Eyni zamanda, İranın Suriya ərazisindəki PKK/YPG qruplarına dəstək verdiyi və onları yeni rejimə qarşı qaldırmaq üçün fəaliyyətlər göstərdiyi məlumdur.
Hətta bu məqsədlə PUA-ların ötürülməsi planı ilə bağlı danışıqlar aparıldığına dair məlumatlar var.
Belə bir vəziyyətdə İranın bu görüşlərdə iştirakı mümkün deyil”.
Tam oxu
Xəbəri oxu