Icma.az
close
up
RU
İran getdikcə TƏKLƏNİR: “Tramp daha da sərt siyasət həyata keçirəcək” Yeni Çağ Media

İran getdikcə TƏKLƏNİR: “Tramp daha da sərt siyasət həyata keçirəcək” Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İranın bu cür görüşlərə dəvət olunmaması tamamilə təbiidir. Uzun illərdir ki, İran hazırkı hakimiyyətin əsas rəqibi olan Bəşər Əsəd rejiminin qatı tərəfdarı kimi çıxış edib və rejimin mövcudluğunu qoruyub saxlamaq üçün hərbi və maddi baxımdan hərtərəfli dəstək göstərib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Suriyadakı vəziyyətlə bağlı keçirilən görüşə İranın dəvət olunmamasını şərh edib.

Onun sözlərinə görə, bu baxımdan, İranın belə bir görüşə dəvət olunması məntiqə uyğun olmazdı:

“Hətta Suriyada hakimiyyət dəyişikliyindən sonra İranın ali dini lideri Seyid Əli Xamenei açıqlama verərək, ölkəsinin hazırkı rejimlə mübarizə aparacaq istənilən gücün yanında olacaqlarını bəyan edib. Eyni zamanda, İranın Suriya ərazisindəki PKK/YPG qruplarına dəstək verdiyi və onları yeni rejimə qarşı qaldırmaq üçün fəaliyyətlər göstərdiyi məlumdur. Hətta bu məqsədlə PUA-ların ötürülməsi planı ilə bağlı danışıqlar aparıldığına dair məlumatlar var. Belə bir vəziyyətdə İranın bu görüşlərdə iştirakı mümkün deyil”.

Analitik əlavə edib ki, Almaniyanın görüşdə iştirak etməsi isə Avropa İttifaqını təmsil etməsi ilə bağlıdır:

“Çünki İrana qarşı tətbiq olunan sanksiyaların böyük bir hissəsi yalnız ABŞ tərəfindən deyil, eyni zamanda, Avropa İttifaqı tərəfindən də tətbiq olunur. Almaniyanın iştirakı həm də Avropa İttifaqı ölkələrinə və təşkilata sanksiyaların götürülməsi ilə bağlı bir mesajdır. Trampın hakimiyyətə gəlişinin İranla münasibətlərə təsiri məsələsinə gəlincə, məlumdur ki, Tramp birinci hakimiyyət dövründə İranla bağlı sərt təzyiq siyasəti həyata keçirib və bu siyasətin davam edəcəyi gözlənilir. İranın Rusiya ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa tələsik can atması isə gələcək təzyiqlərə tab gətirmək məqsədilə atılan addımdır”.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri