Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd üzərində işləyir.
Bunu həmin ölkənin Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Bu sənəd bölgə üçün hansı təhlükələri yaradır?Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İran və Ermənistan arasında ötən 5 il ərzində kifayət qədər ciddi yaxınlaşma hiss olunur:“Bu, hər iki tərəfin də maraqlarına uyğun addımlar kimi təqdim olundu.
Amma bir çox hallarda İran öz maraqlarını Ermənistana təqdim etməyə çalışır.
İran Zəngəzur dəhlizinə qarşı çıxır, İran Ermənistana başa salmağa çalışır ki, bu, dəhliz onun ziyanınadadır.
Dəhliz regionda geopolitik nizamı pozur, yeni sərhədləri formalaşdırır.
Ermənistan bu sərhəd ilə bağlı məsələlərdən, dəhlizin açılmasından əl çəkməlidir və bunu açıq şəkildə bir direktiv kimi İranın dini və siyasi rəhbərliyi Ermənistana izah etməyə çalışır”.Politoloq onu da qeyd edib ki, İranın əsas məqsədi bundan ibarətdir ki, Ermənistanın Sünik bölgəsinə, yəni tarixi qərbi Azərbaycan torpaqlarına öz qoşunlarını yeritsin:“Hansı adla bunu etmək istəyir, bu da ciddi suallar yaradır.