Icma.az
close
up
RU
“İran həm də Azərbaycanın maraqlarını burada nəzər almalıdır” Politoloq

“İran həm də Azərbaycanın maraqlarını burada nəzər almalıdır” Politoloq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd üzərində işləyir. Bunu həmin ölkənin Ermənistandakı səfiri Mehdi Sübhani deyib. 
Bu sənəd bölgə üçün hansı təhlükələri yaradır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İran və Ermənistan arasında ötən 5 il ərzində kifayət qədər ciddi yaxınlaşma hiss olunur:
“Bu, hər iki tərəfin də maraqlarına uyğun addımlar kimi təqdim olundu. Amma bir çox hallarda İran öz maraqlarını Ermənistana təqdim etməyə çalışır. İran Zəngəzur dəhlizinə qarşı çıxır, İran Ermənistana başa salmağa çalışır ki, bu, dəhliz onun ziyanınadadır. Dəhliz regionda geopolitik nizamı pozur, yeni sərhədləri formalaşdırır. Ermənistan bu sərhəd ilə bağlı məsələlərdən, dəhlizin açılmasından əl çəkməlidir və bunu açıq şəkildə bir direktiv kimi İranın dini və siyasi rəhbərliyi Ermənistana izah etməyə çalışır”.
Politoloq onu da qeyd edib ki,  İranın əsas məqsədi bundan ibarətdir ki, Ermənistanın Sünik bölgəsinə, yəni tarixi qərbi Azərbaycan torpaqlarına öz qoşunlarını yeritsin:
“Hansı adla bunu etmək istəyir, bu da ciddi suallar yaradır. Eyni zamanda Qafanda İran öz konsulluğunu açdı və bu konsulluqda hansı məqsədlərə xidmət edir, hələ də naməlum olaraq qalmaqdadır. Yəni, konsulluğun əsas məqsədi vətəndaşların hüquqlarını qorumaq və konsulluğa aid olan məsələləri həll etməkdir. Bu bölgədə isə iranlılar bildiyimiz kimi yoxdur, yəni məsələ siyasi xarakter daşıyır. Eyni zamanda hazırda “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” adlı sənəd üzərində də Tehran və İrəvan  işləyir. Burada da Ermənistan üzərində İran öz maraqlarını daha geniş şəkildə təmin etməyə çalışacaq. Digər bir fikir bundan ibarətdir ki, Rusiyanın Ukrayna savaşında Cənubi Qafqaz maraqları itirilib və İran bu maraqları qapamaq, öz nüfuz dairəsini genişləndirmək məqsədlərini irəli sürür. Bu baxımdan Ermənistana lövbər salır. Ermənistanda öz maraqlarını genişləndirmək istəyir və bu xüsusda fəaliyyət genişlənməkdədir.  Hesab edirəm ki, İran həm də Azərbaycanın maraqlarını burada nəzər almalıdır. Şimal-Cənub nəqliyyat dəhlizi kifayət qədər mühüm nəqliyyat arteriyasıdır.  Bölgədəki dövlətlərin maraqlarına xidmət edilir. Məhz bu kontekstdə eyni zamanda yeni geosiyasi reallıqlar  və Azərbaycan ərazi bütövlüyü müstəvisində bütün məsələlər öz həlinə tapmalıdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri