İran iqtisadi məngənədə: Vəziyyət pisləşir

05.09.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkinci dərəcəli sanksiyaların genişləndirilməsi Tehranın dollar əməliyyatlarına və xarici maliyyələşməyə çıxışını məhdudlaşdırır. Köhnə sanksiyalardan yayınmaq üçün işlənmiş sxemlər getdikcə sıradan çıxır. Əgər bir il əvvəl İran gündə 1,7 milyon barel neft sata bilirdisə, indi həmin rəqəm 260.000 barelə qədər azalıb.
Birləşmiş Ərəb Əmirliklərinin İranla ticarət və maliyyə əməliyyatlarını dayandırması əlavə zərbə olub. Nəticədə ölkənin xarici ticarətinin əsas kanallarından biri ciddi şəkildə pozulub. Prezident Pezeşkianın sözlərinə görə, İranın ümumi ticarət dövriyyəsi 25–35% azalıb.
İqtisadi problemlər əhaliyə təsir edir: rialın məzənnəsi bir il ərzində iki dəfədən çox düşüb, illik inflyasiya 69,9%-ə çatıb, orta aylıq əmək haqqı isə təxminən 125 dollar təşkil edir. Halbuki əsas məişət xərcləri təxminən 450 dollardır.
İran hakimiyyəti vəziyyətin daha da pisləşməsindən və kütləvi etirazların bərpasından narahatdır. Eyni zamanda, Tehran xəbərdarlıq edir ki, Vaşinqtonun iqtisadi təzyiqi gücləndirməsi güzəştlərə deyil, yeni hərbi eskalasiyaya gətirib çıxara bilər.
Tariyel Həsənov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью