İran iqtisadi məngənədə: Vəziyyət pisləşir
Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İkinci dərəcəli sanksiyaların genişləndirilməsi Tehranın dollar əməliyyatlarına və xarici maliyyələşməyə çıxışını məhdudlaşdırır. Köhnə sanksiyalardan yayınmaq üçün işlənmiş sxemlər getdikcə sıradan çıxır. Əgər bir il əvvəl İran gündə 1,7 milyon barel neft sata bilirdisə, indi həmin rəqəm 260.000 barelə qədər azalıb.
Birləşmiş Ərəb Əmirliklərinin İranla ticarət və maliyyə əməliyyatlarını dayandırması əlavə zərbə olub. Nəticədə ölkənin xarici ticarətinin əsas kanallarından biri ciddi şəkildə pozulub. Prezident Pezeşkianın sözlərinə görə, İranın ümumi ticarət dövriyyəsi 25–35% azalıb.
İqtisadi problemlər əhaliyə təsir edir: rialın məzənnəsi bir il ərzində iki dəfədən çox düşüb, illik inflyasiya 69,9%-ə çatıb, orta aylıq əmək haqqı isə təxminən 125 dollar təşkil edir. Halbuki əsas məişət xərcləri təxminən 450 dollardır.
İran hakimiyyəti vəziyyətin daha da pisləşməsindən və kütləvi etirazların bərpasından narahatdır. Eyni zamanda, Tehran xəbərdarlıq edir ki, Vaşinqtonun iqtisadi təzyiqi gücləndirməsi güzəştlərə deyil, yeni hərbi eskalasiyaya gətirib çıxara bilər.
Tariyel Həsənov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Tramp: İranda iqtisadi vəziyyət pisləşir, razılaşmalar əldə olunacaq
09 Avqust 2026 22:08
Kiyev üçün vəziyyət pisləşir
01 Dekabr 2025 19:53
Rusiya: Vəziyyət sürətlə pisləşir
07 Aprel 2026 11:06
Zaxarovadan mənfi proqnoz: Vəziyyət pisləşir
08 Aprel 2025 16:08
Putindən Abbasa: Qəzzada vəziyyət pisləşir...
10 May 2025 21:26
Baxış sayı:66
Bu xəbər 05 Sentyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları