Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran hökuməti ABŞ-la danışıqlara dair coşğulu açıqlamalar versə də, ölkə lideri Ayətullah Əli Xamenei hökumət rəsmilərinə “kimlə danışıqlar aparacağına diqqətli olmaları” barədə xəbərdarlıq edib.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Xamenei Tehrandakı iqamətgahında İslam ölkələrinin diplomatik nümayəndələrini Merac gecəsi münasibətilə qəbul edib.
Xamenei buradakı çıxışında İsrailin Qəzza və Livanda törətdiyi soyqırım və müharibə cinayətlərinə diqqət çəkib: “Qəzza sionist rejimini (İsrail nəzərdə tutulur) dişinə qədər silahlanmasına və ABŞ tərəfindən tam dəstəklənməsinə baxmayaraq diz çökdürdü”, - deyə qeyd edib.
Xamenei deyib ki, Livanda Hizbullah lideri Həsən Nəsrullahı itirməsinə baxmayaraq, İsrailin qarşısında dayana bilib.
İran hökumətindən ABŞ-la aparılan danışıqlarla bağlı coşğulu açıqlamalara işarə edən Xamenei onlara: “Etiraf etməliyik ki, amerikalıların diplomatik təbəssümlərinin arxasında pis niyyətlər, gizli düşmənçilik və kin dayanır.
Gözümüzü açmalıyıq və kiminlə münasibət qurduğumuza, kiminlə ünsiyyətdə olduğumuza və nə barədə danışdığımıza diqqət etməliyik”, - deyə mövqe nümayiş etdirib.
İranda yüksək rütbəli hökumət rəsmiləri, xüsusilə prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Erakçi son vaxtlar sanksiyaların ləğvi üçün ABŞ-la nüvə danışıqlarına hazır olduqları mesajını verirlər.