Icma.az
close
up
RU
İran lideri Xameneidən ABŞ la danışıqlar mesajı verən hökumətə “ehtiyatlı olun” cavabı

İran lideri Xameneidən ABŞ la danışıqlar mesajı verən hökumətə “ehtiyatlı olun” cavabı

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran hökuməti ABŞ-la danışıqlara dair coşğulu açıqlamalar versə də, ölkə lideri Ayətullah Əli Xamenei hökumət rəsmilərinə “kimlə danışıqlar aparacağına diqqətli olmaları” barədə xəbərdarlıq edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Xamenei Tehrandakı iqamətgahında İslam ölkələrinin diplomatik nümayəndələrini Merac gecəsi münasibətilə qəbul edib.

Xamenei buradakı çıxışında İsrailin Qəzza və Livanda törətdiyi soyqırım və müharibə cinayətlərinə diqqət çəkib: “Qəzza sionist rejimini (İsrail nəzərdə tutulur) dişinə qədər silahlanmasına və ABŞ tərəfindən tam dəstəklənməsinə baxmayaraq diz çökdürdü”, - deyə qeyd edib.

Xamenei deyib ki, Livanda Hizbullah lideri Həsən Nəsrullahı itirməsinə baxmayaraq, İsrailin qarşısında dayana bilib. İran hökumətindən ABŞ-la aparılan danışıqlarla bağlı coşğulu açıqlamalara işarə edən Xamenei onlara: “Etiraf etməliyik ki, amerikalıların diplomatik təbəssümlərinin arxasında pis niyyətlər, gizli düşmənçilik və kin dayanır. Gözümüzü açmalıyıq və kiminlə münasibət qurduğumuza, kiminlə ünsiyyətdə olduğumuza və nə barədə danışdığımıza diqqət etməliyik”, - deyə mövqe nümayiş etdirib.

İranda yüksək rütbəli hökumət rəsmiləri, xüsusilə prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Erakçi son vaxtlar sanksiyaların ləğvi üçün ABŞ-la nüvə danışıqlarına hazır olduqları mesajını verirlər.

Yenidən ABŞ prezidenti seçilən və Tehrana qarşı ağır sanksiyaların memarı olan Donald Tramp yanvarın 23-də “Fox News” telekanalına müsahibəsində İranla nüvə razılaşmasının mümkün olduğunu deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri