Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Son dövrlərdə Azərbaycan və İran arasında münasibətlərdə əhəmiyyətli yaxınlaşma müşahidə olunmaqdadır.
Hər iki tərəf başa düşür ki, zamanın diktə etdiyi çağırışlar fonunda qarşılıqlı münasibətlərin yenidən formatlaşdırılması zəruridir.
Bu prosesdə keçmişdə buraxılmış səhvlərə birmənalı şəkildə “yox” deyilməli və yeni mərhələyə obyektiv əsaslarla keçid təmin olunmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, qətiyyətlə qeyd edilə bilər ki, bu səhvlərin əksər hissəsi İran tərəfi tərəfindən buraxılmışdır.
Azərbaycan dövləti İranla münasibətlərdə hər zaman açıq və şəffaf siyasət yürütmüşdür.
Bunun müqabilində, İranda fəaliyyət göstərən bir sıra təsisatların yanaşmaları, təəssüf ki, vahid və koordinasiyalı xarakter daşımamışdır.