Icma.az
close
up
RU
İran məsələsinə daha obyektiv və balanslaşdırılmış yanaşma tətbiq edilməlidir ŞƏRH EDİLDİ

İran məsələsinə daha obyektiv və balanslaşdırılmış yanaşma tətbiq edilməlidir ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son dövrlərdə Azərbaycan və İran arasında münasibətlərdə əhəmiyyətli yaxınlaşma müşahidə olunmaqdadır. Hər iki tərəf başa düşür ki, zamanın diktə etdiyi çağırışlar fonunda qarşılıqlı münasibətlərin yenidən formatlaşdırılması zəruridir. Bu prosesdə keçmişdə buraxılmış səhvlərə birmənalı şəkildə “yox” deyilməli və yeni mərhələyə obyektiv əsaslarla keçid təmin olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, qətiyyətlə qeyd edilə bilər ki, bu səhvlərin əksər hissəsi İran tərəfi tərəfindən buraxılmışdır. Azərbaycan dövləti İranla münasibətlərdə hər zaman açıq və şəffaf siyasət yürütmüşdür. Bunun müqabilində, İranda fəaliyyət göstərən bir sıra təsisatların yanaşmaları, təəssüf ki, vahid və koordinasiyalı xarakter daşımamışdır. Bəzi hallarda müşahidə olunmuşdur ki, rəsmi Tehran müəyyən istiqamətdə hərəkət etdiyi halda, digər strukturlar, məsələn, təhlükəsizlik institutları və ya qeyri-rəsmi dairələr fərqli mövqelər sərgiləmişdir.

Bu, İranın daxili idarəçilik məsələsi kimi dəyərləndirilə bilər, lakin Azərbaycanın və ümumiyyətlə regionun maraqları baxımından belə ziddiyyətli və qeyri-müəyyən yanaşmalar qəbuledilməzdir. Azərbaycanın rəsmi mövqeyi aydındır və beynəlxalq hüquq prinsiplərinə əsaslanan, sülh və əməkdaşlıq yönümlü siyasət yürüdülməkdədir. Bakı şəhərinin siyasi mesajları məhz bu baxımdan düzgün və legitim tərəfdən ifadə olunmaqdadır".

Politoloq qeyd edib ki, İran məsələsinə daha obyektiv və balanslaşdırılmış yanaşma tətbiq edilməlidir: "Əgər hər hansı bir məsələdə razılıq yoxdur, bu açıq şəkildə ifadə olunmalıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, müəyyən proseslər və ya yanaşmalar onun üçün qəbuledilməzdir. Bu baxımdan son dövrlərdə müəyyən dəyişikliklərin müşahidə olunması diqqət çəkir.

Xüsusilə mərhum prezident İbrahim Rəisinin dövründə artıq müəyyən anlayış formalaşmağa başlamışdı ki, İran tərəfi Azərbaycanla münasibətlərdə ciddi şəkildə islahatlara üstünlük verməli, mövcud yanaşmalarını yenidən nəzərdən keçirməli və münasibətlərə zəruri və pozitiv məzmunlu əlavələr etməlidir. Bu prosesin davamı olaraq, bu gün İran tərəfinin bu məsələləri nəzərə aldığı müşahidə olunur.

Hazırkı prezident Məsud Pəzeşkiyan da başa düşür ki, qonşuluq siyasətində bazar prinsipləri və kommersiya maraqları prioritet təşkil edə bilməz və bu sahədə daha dərin, tarixi və strateji yanaşma tələb olunur. Bu yanaşma, əslində, Azərbaycanla İran arasındakı ortaq tarixi keçmişə, dini və milli bağlılıqlara əsaslanan münasibətlərin yenidən qiymətləndirilməsi və gücləndirilməsi istiqamətində bir mesaj kimi də dəyərləndirilə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, İranda yaşayan azərbaycanlıların sayı əhəmiyyətlidir və bu da münasibətlərin mahiyyətinə təsir edən mühüm faktorlardan biridir".

Həmçinin o bildirib ki, qeyd edilməlidir ki, İranda bu, unikal bir göstəricidir ki, orada iki titul xalq mövcuddur: biri farslardır, digəri isə azərbaycanlılardır. Yəni bu vəziyyəti artıq obyektiv reallıq kimi qəbul etmək zəruridir: "Mən belə hesab edirəm ki, bu prosesdə həm Bakı, həm də Tehran anlayırlar ki, bəli, biz mütləq şəkildə uzlaşmalı və ahəngdar şəkildə hərəkət etməliyik. İki ölkə arasındakı münasibətlərdə müşahidə olunan soyuqluq bizi yalnız geri salmır, eyni zamanda bu vəziyyət üçüncü tərəfləri, xüsusilə də düşmən qüvvələri məmnun edir, onları razı salır. Bu isə yolverilməzdir.

Əgər biz qonşuluq münasibətlərindən bəhs ediriksə, burada inteqrasiya imkanları kifayət qədər genişdir. Bu imkanları qoruyub saxlamaq, onlardan faydalanmaq və nəticə etibarilə bu əməkdaşlıqdan müsbət nəticələr əldə etmək zəruridir.

Hesab edirəm ki, nəqliyyat-kommunikasiya sahəsində Azərbaycan ilə İran arasında hazırda çox uğurlu bir əməkdaşlıq formalaşmaqdadır. Şimal–Cənub nəqliyyat dəhlizi, məlum olduğu kimi, artıq son dərəcə aktuallıq kəsb edən bir layihədir və onun tam şəkildə reallaşması hər iki ölkəyə ciddi şəkildə fayda gətirəcəkdir".

Siyasətçi vurğulub ki, hazırda dünyada müharibəli və münaqişəli vəziyyətlər mövcuddur ki, bu da məlum məsələdir: "Eyni zamanda, marşrutlara və tranzit xətlərinə yenidən baxılması ilə bağlı təşəbbüslər müşahidə olunur. Çünki bəzi mövcud marşrutlar və kommunikasiya xətləri artıq aktuallığını itirmişdir – bunlar həm məsafə baxımından uzundur, həm də iqtisadi baxımdan səmərəsiz və baha başa gələndir.

Bu səbəbdən də yeni nəqliyyat xətləri xüsusilə əlverişli hesab olunur. Bir sıra dövlətlər bu layihələrə öz maraqlarını və ehtiyaclarını ifadə edirlər. Bununla yanaşı, narahatlıq doğuran məsələlər də mövcuddur. Burada xüsusilə İsrailin – daha dəqiq desək, Benyamin Netanyahunun yürütdüyü siyasət ön plana çıxır. Netanyahunun siyasəti bölgədə ciddi problemlər və təhdidlər yaradır.

Hazırda İran və ABŞ arasında diplomatik danışıqlar davam etsə də, Netanyahunun bölgədə həyata keçirdiyi siyasət xüsusilə aqressiv, dağıdıcı və mənfi ictimai-siyasi nəticələr doğuran xarakter daşıyır. O, gənclərə, qadınlara və uşaqlara qarşı həyata keçirilən zorakı və qəddar hərbi əməliyyatlarla yadda qalır. Bu fəaliyyətlər həm soyqırımı, həm də etnik təmizləmə siyasəti kimi dəyərləndirilə bilər.

Son günlərdə Netanyahunun İranı təhdid etməsi məsələsi yenidən aktual müzakirə mövzusuna çevrilmişdir. O, artıq ABŞ-ın birbaşa razılığı və icazəsi olmadan belə İrana qarşı hərbi əməliyyatlar həyata keçirə biləcəyini nümayiş etdirməkdədir"- deyə politoloq əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:342
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri