İran ordusu könüllülər üçün hərbi təlimlərə başlayır

04.10.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


İran ordusu “milli müdafiə” məqsədilə vətəndaşların hazırlanması proqramı çərçivəsində könüllülərin təliminə başlamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın WANA xəbər agentliyi məlumat yayıb.
İran Quru Qoşunlarının hazırlıq və təlim məsələləri üzrə komandan müavini, briqada generalı Məhəmməd Rza Aliyan-Necad bildirib ki, proqram Tehranda üç təlim mərkəzində başlayacaq.
Onun sözlərinə görə, silahlı qüvvələrin dörd qoşun növünün hərbçiləri xüsusi seçilmiş bir neçə mərkəzə göndəriləcək:
“Burada könüllülər əvvəlcə ilkin hərbi hazırlıq keçəcək, daha sonra isə daha təkmil proqramlar üzrə təlimlərini davam etdirə biləcəklər”.
İran hakimiyyəti proqrama neçə vətəndaşın cəlb olunmasının planlaşdırıldığını, eləcə də proqramın ölkənin digər bölgələrinə yayılıb-yayılmayacağını açıqlamayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью