İran ordusu könüllülər üçün hərbi təlimlərə başlayır
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
İran ordusu “milli müdafiə” məqsədilə vətəndaşların hazırlanması proqramı çərçivəsində könüllülərin təliminə başlamağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın WANA xəbər agentliyi məlumat yayıb.
İran Quru Qoşunlarının hazırlıq və təlim məsələləri üzrə komandan müavini, briqada generalı Məhəmməd Rza Aliyan-Necad bildirib ki, proqram Tehranda üç təlim mərkəzində başlayacaq.
Onun sözlərinə görə, silahlı qüvvələrin dörd qoşun növünün hərbçiləri xüsusi seçilmiş bir neçə mərkəzə göndəriləcək:
“Burada könüllülər əvvəlcə ilkin hərbi hazırlıq keçəcək, daha sonra isə daha təkmil proqramlar üzrə təlimlərini davam etdirə biləcəklər”.
İran hakimiyyəti proqrama neçə vətəndaşın cəlb olunmasının planlaşdırıldığını, eləcə də proqramın ölkənin digər bölgələrinə yayılıb-yayılmayacağını açıqlamayıb.
Baxış sayı:76
Bu xəbər 04 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















