İran rejiminə qarşı “Domino’s pizza” əməliyyatı... | Icma.az
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. “İranda iğtişaşlar başlayandan pizza məsələsi yenə gündəmə gəldi.
2026-cı il yanvarın 8-də Pentaqonun pizza indeksi xeyli artdı. Artıq yanvarın 12-də bu faiz 1000-ə çatdı.
Yanvarın 20-nə olan məlumata görə, həmin indeks 2000 faizi keçdi.
Amerika hərbçiləri durmadan, dayanmadan pizza yeyir və yəqin ki...” ABŞ-ın informasiya agentlikləri son vaxtlar belə bir qəribə məlumatı tez-tez yayımlayırlar: “Hazırda “Domino’s” pizzasına Pentaqonda inanılmaz dərəcədə böyük tələbat var və pizzaxananın iş yükü adi günlərlə müqayisədə xeyli artıb”.
Başqa sözlə desək, işarə edilir ki, Pentaqon gərgin iş rejiminə keçdiyi üçün evlərinə gedə bilməyən əməkdaşlar, müşavirələrdən başı açılmayan generallar məcbur olub ancaq pizza ilə qidalanırlar...
Guya Venesuela prezidenti Nikolas Maduronun həbsi ərəfəsində - 2026-cı il yanvarın 3-də pizza sifarişlərinin indeksi 700 faiz yüksəlmişdi.
Pizza ilə toqqalarının altını bərkidən Amerika hərbçiləri əməliyyatı uğurla keçirmişdilər...
2025-ci il sentyabrın əvvəlində Çin Xalq Respublikasının paytaxtı Pekinin Tyananmen meydanındakı hərbi parad zamanı pizza sifarişi “Domino’s”dan 425 faiz, “Papa Johns”dan 333 faiz artmışdı.
Tam oxu
Xəbəri oxu