İran rejiminə qarşı “Domino’s pizza” əməliyyatı...
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“İranda iğtişaşlar başlayandan pizza məsələsi yenə gündəmə gəldi. 2026-cı il yanvarın 8-də Pentaqonun pizza indeksi xeyli artdı. Artıq yanvarın 12-də bu faiz 1000-ə çatdı. Yanvarın 20-nə olan məlumata görə, həmin indeks 2000 faizi keçdi. Amerika hərbçiləri durmadan, dayanmadan pizza yeyir və yəqin ki...”
ABŞ-ın informasiya agentlikləri son vaxtlar belə bir qəribə məlumatı tez-tez yayımlayırlar: “Hazırda “Domino’s” pizzasına Pentaqonda inanılmaz dərəcədə böyük tələbat var və pizzaxananın iş yükü adi günlərlə müqayisədə xeyli artıb”.
Başqa sözlə desək, işarə edilir ki, Pentaqon gərgin iş rejiminə keçdiyi üçün evlərinə gedə bilməyən əməkdaşlar, müşavirələrdən başı açılmayan generallar məcbur olub ancaq pizza ilə qidalanırlar...
Guya Venesuela prezidenti Nikolas Maduronun həbsi ərəfəsində - 2026-cı il yanvarın 3-də pizza sifarişlərinin indeksi 700 faiz yüksəlmişdi. Pizza ilə toqqalarının altını bərkidən Amerika hərbçiləri əməliyyatı uğurla keçirmişdilər...
2025-ci il sentyabrın əvvəlində Çin Xalq Respublikasının paytaxtı Pekinin Tyananmen meydanındakı hərbi parad zamanı pizza sifarişi “Domino’s”dan 425 faiz, “Papa Johns”dan 333 faiz artmışdı. Burada Pentaqonun üzərinə düşən vəzifə yalnız paradı, o cümlədən, kosmosdan müşahidə etməklə məlumat toplamaq idi. Hansısa hərbi əməliyyatın planlaşdırılmasından söhbət getmirdi. Deməli, belə çıxır ki, Pentaqonda çalışanlar stressə, gərgin vəziyyətə düşən kimi pizza yeməyə başlayırlar?..
İranda iğtişaşlar başlayandan pizza məsələsi yenə gündəmə gəldi. 2026-cı il yanvarın 8-də Pentaqonun pizza indeksi xeyli artdı. Artıq yanvarın 12-də bu faiz 1000-ə çatdı. Yanvarın 20-nə olan məlumata görə, həmin indeks 2000 faizi keçdi. Amerika hərbçiləri durmadan, dayanmadan pizza yeyir və yəqin ki, tonlarla “Coca-cola” içirlər. Əslində, bunların heç biri sağlam qida deyil. Gərginlik ötüb keçəndən sonra bu hərbçilərin səhhətində ciddi problemlər yarana bilər...
Eyni zamanda ortaya belə suallar da çıxır:
1) Əvvəla Pentaqonun özündə yəni normal bir bufet, yeməkxana yoxdur?
2) Yaxud əməkdaşlar evdən yemək gətirə bilmirlər?
3) Pentaqon restoranlara sifarişlər verməklə öz əməkdaşlarının normal qidalanmasını təşkil etmək iqtidarında deyil?
ABŞ-ın müharibə naziri Pit Xeqseq hələ 2025-ci il oktyabrın 5-də pizza sifarişləri məsələsini şərh edərkən bildirmişdi ki, qidalanmanın bu növü həm tez başa gəlir, həm də sosial şəbəklərdə komik effekt yaradır...
Lakin vurğulayaq ki, bu açıqlamanın özü də suallar doğurur. Hansı ordu öz hərbçilərinin qidalanması kimi vacib bir işi təşkil edərkən bunu “tez-bazar əldən çıxarmağa” çalışar və ya sosial şəbəkələri nəzərə alar?
Ola bilsin ki, həqiqətən də pizza sifarişlərində periodik artımlar olur. Bəlkə də Azərbaycanda olduğu kimi, ABŞ-da da zaman-zaman “Domino’s” firması müxtəlif endirim və ya “bir üstəgəl bir” tipli kompaniyalar keçirir. ABŞ-da, elə bizdə də çox vaxt insanlar belə imkandan yararlanmağa çalışırlar. Mümkündür ki, araşdırılsa, məlum olar ki, həmin dövrlərdə “Domino’s” və ya “Papa Johns” firmalarının yerləşdiyi ərazidəki bütün ofislərdən pizza sifarişlərinin faizi artıb. Bir sözlə, camaat fürsəti fövtə verməməyə çalışır.
Beləliklə, güman edə bilərik ki, informasiya müharibələri tarixində ilk dəfədir ki, sırf pizzadan alət kimi istifadə olunur. Digər strateji ərzaq növlərilə bağlı isə həmişə kəşfiyyat və dezinformasiya əməliyyatları keçirilib. Çünki ordunun qida təchizatı barədə dəqiq informasiya hərbçilərin və mülki personalın sayını, bəzən isə qoşunun mümkün hərəkət marşrutlarını proqnozlaşdırmağa imkan verir...
Tədqiqatçı Araz Şəhrili
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 21 Yanvar 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















