İran səfirindən ŞOK ADDIM! Ölkəsindən üz döndərib bu ölkəyə sığındı...

03.02.2026

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd missiyasını tərk edərək İsveçrəyə sığınıb.
Sitat.info xarici mediaya istinadən bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Nazirlik əməkdaşları isə bu diplomat barədə danışmaqdan yayınaraq ya məlumatsız olduqlarını bildiriblər, dolayısı ilə İran kəşfiyyat orqanlarından qorxduqlarını gizlətməyiblər. 
Qulamrza Derikvənd daha əvvəl, 2011–2014-cü illərdə İranın Çexiyadakı səfirliyində də müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Həmkarlarının sözlərinə görə, diplomatik təcrübəsi və karyera yolu nəzərə alınsa, Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirdiyi təqdirdə səfir rütbəsinə yüksəlmək ehtimalı yüksək idi.

Tehran,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью