İran səfirindən ŞOK ADDIM! Ölkəsindən üz döndərib bu ölkəyə sığındı...
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd missiyasını tərk edərək İsveçrəyə sığınıb.
Sitat.info xarici mediaya istinadən bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Nazirlik əməkdaşları isə bu diplomat barədə danışmaqdan yayınaraq ya məlumatsız olduqlarını bildiriblər, dolayısı ilə İran kəşfiyyat orqanlarından qorxduqlarını gizlətməyiblər.
Qulamrza Derikvənd daha əvvəl, 2011–2014-cü illərdə İranın Çexiyadakı səfirliyində də müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Həmkarlarının sözlərinə görə, diplomatik təcrübəsi və karyera yolu nəzərə alınsa, Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirdiyi təqdirdə səfir rütbəsinə yüksəlmək ehtimalı yüksək idi.
Tehran,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Fevral 2026 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















