Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Tehran nəhəng resurslar yatırdığı "Suriya layihəsi"ndən imtina etmək niyyətində deyil..." Əsəd rejiminin çöküşü hər şeydən öncə İranın onilliklərlə regionda qurduğu "şiə oxu" üçün ağır zərbə olub, çünki Suriyada əsasən sünni məhzəbli qruplaşmalar qalib gəlib.
Moderator.az xəbər verir ki, bu barədı "vesty.co.il" nəşri yazıb.
Uzun müddət ərzində bu birləşmələr Tehrana və onun müttəfiqlərinə nifrətini açıq şəkildə ifadə edib.
Bazar günü, dekabrın 9-da "Financial Times" nəşrində Suriyada üsyançıların qəflətən hakim rejimin mövqelərinə hücumu başlanandan Tehranda baş verən hadisələrə həsr edilmiş məqalə dərc edilib.
İran Əsədə hələ süqut etməzdən öncə etimadını itirib. İran XİN rəhbəri Abbas Araqçının bu yaxınlarda Dəməşqə səfəri zamanı Suriya prezidenti
"Əsəd öz ordusunun ölkəsini müdafiə etmək iqtidarında olduğunu bəyan edib, Hələbdən geri çəkilməsini isə taktiki addım adlandırıb.
O, deyib ki, hələ də vəziyyətə nəzarət edir, - bunu jurnalistlərə Tehranda hakimiyyət dairələrinə yaxın olan mənbə deyib.