Icma.az
close
up
RU
İran Suriya uğrunda döyüşü davam etdirir, növbəti addımı necə olacaq?..

İran Suriya uğrunda döyüşü davam etdirir, növbəti addımı necə olacaq?..

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tehran nəhəng resurslar yatırdığı "Suriya layihəsi"ndən imtina etmək niyyətində deyil..."

Əsəd rejiminin çöküşü hər şeydən öncə İranın onilliklərlə regionda qurduğu "şiə oxu" üçün ağır zərbə olub, çünki Suriyada əsasən sünni məhzəbli qruplaşmalar qalib gəlib. 

Moderator.az xəbər verir ki, bu barədı "vesty.co.il" nəşri yazıb.

Uzun müddət ərzində bu birləşmələr Tehrana və onun müttəfiqlərinə nifrətini açıq şəkildə ifadə edib. Bazar günü, dekabrın 9-da "Financial Times" nəşrində Suriyada üsyançıların qəflətən hakim rejimin mövqelərinə hücumu başlanandan Tehranda baş verən hadisələrə həsr edilmiş məqalə dərc edilib. 

İran Əsədə hələ süqut etməzdən öncə etimadını itirib. İran XİN rəhbəri Abbas Araqçının bu yaxınlarda Dəməşqə səfəri zamanı Suriya prezidentinə İranın İsrail və müttəfiqləri ilə uzunmüddətli qarşıdurması fonunda onun rejiminin dəstəklənməsi üçün qüvvələr göndərməyin mümkün olmayacağını bəyan edib.

"Əsəd öz ordusunun ölkəsini müdafiə etmək iqtidarında olduğunu bəyan edib, Hələbdən geri çəkilməsini isə taktiki addım adlandırıb. O, deyib ki, hələ də vəziyyətə nəzarət edir, - bunu jurnalistlərə Tehranda hakimiyyət dairələrinə yaxın olan mənbə deyib. -  Biz iflasın belə tez baş verəcəyini gözləmirdik. Bu, hamımız üçün şok olub".

Bu ərəfədə, dekabrın 8-də Araqçı bəyan edib ki, Əsəd "heç vaxt üsyançılarla mübarizədə yardım istəməyib". O, müxalifətin silahlı dəstələrinin hücumunun qarşısını ala bilməyən Suriya ordusuna bel bağlayıb. "Bizi Suriya ordusunun acizliyi və baş verənlərin sürəti təəccübləndirib. Deyəsən, Suriya öz ordusunun vəziyyətini lazımınca dəyərləndirə bilməyib", - o, əlavə edib.

Abbas Araqçı əmin olduğunu bildirib ki, İran Suriyanı "tam itirməyib", qeyd edib ki, Tehran ölkənin gələcək rəhbərliyi ilə münasibətləri qoruyub saxlayacağına bel bağlayır. Bu həftə İranın Ali dini lideri Əli Xameneinin Suriyada vəziyyətlə bağlı çıxışı gözlənilir. 

Məqalə müəllifləri İranın Əsədə yardım göstərmədiyinin bir neçə səbəbini açıqlayıb, bunların arasında İsrailin Suriya və Livanda İran obyektlərinə zərbələri, habelə İranın bir çoxlarının Tehranda "etibarsız" və hətta "xain" hesab etdiyi Suriya diktatoruna münasibətdə mövqeyi də var. 

İran hakim dairələrində həmçinin belə fikir də olub ki, Əsəd regionun Səudiyyə Ərəbistanı kimi ərəb ölkələri ilə münasibətləri nizama salmağa cəhd edib, bununla da İrandan uzaqlaşmağın müqabilində öz ölkəsinin bərpası üçün yardım almağa ümid edib.

Əsəd rejiminin süqutundan sonra Tehranda onun ünvanına tənqid güclənib, o cümlədən Əsədin ətrafında olan şəxsləri "İran komandirlərinin Suriyada olduğu yerlər barədə informasiya ötürməkdə" ittiham edilib.

Mənbənin sözlərinə görə, "Əsəd ona daha çox ehtiyacımız olan zaman bizdən üz döndərib". "Biz indi bunun İraqda və ya Yəməndə təkrar edilməyəcəyinə əmin olmalıyıq, - Tehran bəyan edib. - Digər yerlərdəki vəziyyəti izləməyin zamanı yetişib. 40 ildə qurduqlarımız bir gecənin içində çöküb".

Eyni zamanda İsrailin yüksək vəzifəli məmuru nəşrə deyib ki, İsrail İranın regionda təsirinin asanlıqla yoxa çıxacağını hesab etmir. "İran özünü xaos vəziyyətində çox yaxşı hiss edir", - o, qeyd edib. 

"Tehranın "Suriya layihəsi"ndən əl çəkdiyini və ya "Hizbillah"ın öz mövqelərini təhvil verdiyini demək hələ çox tezdir. Elə ehtimal edilən ssenarilər var ki, bizim İranla Suriya sərhəddində hələ onilliklərlə işimiz olacaq", - o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri