İran üçün KRİTİK DURUM Tehran niyə masadan QOVULUR? Yeni Çağ Media | Icma.az
Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya məsələsi müzakirə edildi.
Toplantıda Avropa İttifaqı, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Türkiyə nümayəndələri iştirak edirdi.
İran isə bu müzakirələrdə yer almadı. Bu, İranın regional məsələlərdə təsir imkanlarının azalması kimi qiymətləndirilir.
Gələcəkdə Livan və Yəmən məsələlərində də Tehranın oxşar vəziyyətdə qalacağı proqnozlaşdırılır.
Beləliklə, İran hakimiyyəti Yaxın Şərqdə daha çox təcrid olunmağa doğru gedir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri. İranşünas Sədrəddin Soltan deyib.
Analitik 2025-ci ildə Tehran hakimiyyətinin regional proseslərdən təcrid olmasının daha da genişlənəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.
Tam oxu
Xəbəri oxu