Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İran üçün KRİTİK DURUM Tehran niyə masadan QOVULUR? Yeni Çağ Media

İran üçün KRİTİK DURUM Tehran niyə masadan QOVULUR? Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya məsələsi müzakirə edildi.

Toplantıda Avropa İttifaqı, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Türkiyə nümayəndələri iştirak edirdi. İran isə bu müzakirələrdə yer almadı. Bu, İranın regional məsələlərdə təsir imkanlarının azalması kimi qiymətləndirilir. Gələcəkdə Livan və Yəmən məsələlərində də Tehranın oxşar vəziyyətdə qalacağı proqnozlaşdırılır. Beləliklə, İran hakimiyyəti Yaxın Şərqdə daha çox təcrid olunmağa doğru gedir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri. İranşünas Sədrəddin Soltan deyib.

Analitik 2025-ci ildə Tehran hakimiyyətinin regional proseslərdən təcrid olmasının daha da genişlənəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.

S. Soltan əlavə edib ki, ABŞ-İran münasibətlərinə gəlincə, Tehran hakimiyyətinin bu münasibətləri normallaşdırmaqdan başqa alternativi görünmür:

“Son hadisələr göstərir ki, Tehran həm Rusiya, həm də Yaxın Şərq məsələlərində Qərblə müəyyən razılığa gəlib. Əks halda, Suriyadakı rejimin rəhbəri Bəşər Əsəd Moskva və Tehranla daha sıx əməkdaşlıq yolunu tutardı. Lakin Suriya məsələsində razılaşma əldə olunubsa, gələcəkdə digər mövzular üzrə, məsələn, Livan və Yəmənlə bağlı razılaşmaların da əldə olunacağı ehtimal edilir. Eyni zamanda, Rusiya ilə strateji razılaşma müqaviləsinin imzalanması, Çinlə iqtisadi əlaqələrin genişləndirilməsi və ya 200 milyard dollarlıq ticarət planlarının həyata keçirilməsi kimi addımlar Tehranın regional təsir gücünü artırmağa kifayət etmir. Tehran daxili vəziyyətini stabilləşdirmək və uzunmüddətli perspektivdə mövqeyini gücləndirmək üçün Qərblə, xüsusən də ABŞ və Böyük Britaniya ilə münasibətləri normallaşdırmalıdır”.

Həmsöhbətimiz əlavə edib ki, bu yaxınlarda İranın nüvə proqramı ilə bağlı Avropa ölkələrinin – Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə görüş planlaşdırılır:

“Görüş zamanı nüvə məsələsi ilə yanaşı, regional məsələlər və İranın vəziyyəti də müzakirə olunacaq. Tehran üçün Qərblə münasibətləri normallaşdırmaq qaçılmaz bir addım kimi görünür. Xüsusilə Böyük Britaniya ilə münasibətlərin yaxşılaşdırılması İran hakimiyyətindəki bəzi qüvvələrin uzunmüddətli arzusu hesab olunur. Bununla belə, bu istiqamətdə sürətli irəliləyiş gözlənilmir. Digər tərəfdən, HƏMAS və İsrail arasında davam edən gərginlik, xüsusilə İsrail ordusunun Qəzza zolağından çıxma tarixi ilə bağlı qeyri-müəyyənlik, diqqət mərkəzindədir. Livanda isə “Hizbullah”ın tərksilah edilməsi məsələsi gündəmdədir. Yeni prezident Cozef Aun da bəyan edib ki, ölkədə yeganə silahlı qüvvə Livan ordusu olmalıdır. Bu addımın perspektivdə HƏMAS və İsrail arasında razılaşmanın əldə edilməsinə də təsir edəcəyi gözlənilir”.

“İranın Fələstindən, xüsusilə Qəzza zolağından və Livandan çıxarılması onun regional təsir imkanlarının daha da məhdudlaşdırılması deməkdir. Bunun fonunda İran hakimiyyəti regionda getdikcə təklənir. Tehranın Türkiyə və Azərbaycana qarşı apardığı bəzi kampaniyalar isə regional vəziyyəti düzəltmək baxımından heç bir müsbət nəticə vermir. Tehran hakimiyyəti üçün yeganə çıxış yolu ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see304

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see209

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see188

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see184

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see174

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see172

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see171

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see155

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see152

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see152

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see148

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see140

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see139

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see138

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri