GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. Suriyada Bəşər Əsəd rejiminin çöküşü Tehranı ciddi şəkildə narahat edib.
Fars rejiminin təmsilçiləri son günlər qəzəbli fikirlər səsləndirirlər.
İranın ali lideri Ayətullah Xamenei ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyini açıqlayıb.
Post-Əsəd dövründə Türkiyə bu ölkədə fəallaşıb. Azərbaycanın da bu prosesdə fəallığı göz önündədir.
Suriyada baş verənlər İranın proksi qüvvələri ilə əlaqəsini kəsib. Bu, Tehran rejimi üçün sonun başlanğıcı sayıla bilərmi?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Suriyadakı hadisələrdən ən çox ziyan görən ölkə Rusiya və İran oldu: “Hər iki ölkə Suriyaya öz maraqlarını təmin edən, Yaxın Şərqdə varlıqlarını daha da gücləndirən strateji obyekt kimi baxırdı.
Həm İran, həm də Rusiya uzun müddət idi ki, Bəşər Əsədi dəstəkləməklə onun öz xalqına verdiyi əzaba şərait yaratmışlar.
Əsəd rejiminin Suriya xalqına tutduğu divanın həcmi zaman keçdikcə yeni detallarla ortaya çıxacaq.