Icma.az
close
up
RU
İran üçün sonun başlanğıcı? Tehran hərəkətə keçir: Xamenei tərəfdarlarını topladı

İran üçün sonun başlanğıcı? Tehran hərəkətə keçir: Xamenei tərəfdarlarını topladı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd rejiminin çöküşü Tehranı ciddi şəkildə narahat edib. Fars rejiminin təmsilçiləri son günlər qəzəbli fikirlər səsləndirirlər. İranın ali lideri Ayətullah Xamenei ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyini açıqlayıb. Post-Əsəd dövründə Türkiyə bu ölkədə fəallaşıb. Azərbaycanın da bu prosesdə fəallığı göz önündədir.

Suriyada baş verənlər İranın proksi qüvvələri ilə əlaqəsini kəsib. Bu, Tehran rejimi üçün sonun başlanğıcı sayıla bilərmi?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Suriyadakı hadisələrdən ən çox ziyan görən ölkə Rusiya və İran oldu:

“Hər iki ölkə Suriyaya öz maraqlarını təmin edən, Yaxın Şərqdə varlıqlarını daha da gücləndirən strateji obyekt kimi baxırdı. Həm İran, həm də Rusiya uzun müddət idi ki, Bəşər Əsədi dəstəkləməklə onun öz xalqına verdiyi əzaba şərait yaratmışlar. Əsəd rejiminin Suriya xalqına tutduğu divanın həcmi zaman keçdikcə yeni detallarla ortaya çıxacaq. Əlbəttə, İran Suriyadakı rejimin düşməsi ilə əlaqədar ciddi narahatlıq keçirir. Çünki Suriyanı itirmək İranın regiondakı digər proksi qüvvələrini itirmək istiqamətində ən ciddi addımdır. Onun “Hizbullah”, Husi, Həşdi-Şəbi kimi tərəfdaşları ilə münasibətləri Suriyadakı rejimin dəyişməsi ilə böyük zərbə almış olacaq. Digər tərəfdən Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və yeni hakimiyyətin qurulması İranla münaqişədə olan İsrailin daha da güclənməsinə gətririb çıxaracaq. İranı narahat edən ən böyük təhlükə məhz buradan gəlir. Suriya İranın İsrailə çatması üçün bir vasitə idi. İran bu vasitədən məhrum olundu. Suriyadan sonra İraqla da İranın münasibətləri əvvəlki səviyyədə olmayacaq və Suriyanı İranın orbitindən çıxaran qüvvələr indi İraqda bu hadisələri təkrar etməyə çalışacaqlar. Beləliklə İran ətrafındakı dairə getdikcə daralacaq”.

Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, İranı narahat edən digər məsələ isə Suriyadakı hadisələr fonunda Türkiyənin qlobal gücə çevrilmə perspektivləridir:

“Heç kimə sirr deyil ki, Bəşər Əsədin devrilməsində oynadığı rol Türkiyənin regional dövlətin oynaya bildiyi roldan çox-çox yuxarıda idi. Yaxın Şərqdə bir əsrdən artıq hegemonluq edən qlobal güclər sırasına yeni bir güc əlavə olunmuşdu və bu, Türkiyə idi. Bu gün Suriyada və umumiyyətlə regionda baş verən hadisələri yönəldən ciddi bir dövlət varsa, o da Türkiyədir. Türkiyənin rolunun bu şəkildə artması əlbəttə İranı razı sala bilməz. Çünki İran uzun müddət və çox böyük məbləğlər xərcləyərək regionu öz təsiri altına salmaq uğrunda mübarizə aparırdı. Amma Türkiyə bir həftə içində İranın bütün planlarını alt-üst etdi. Əlbəttə, Türkiyə və onun ən yaxın müttəfiqi olan Azərbaycan haqqında İran tərəfindən heç də xoş sözlər səsləndirilməyəcək. Buna görə də Tehran Türkiyə və Azərbaycanın İsraillə unison hərəkət etmələri barədə əsassız iddialar səsləndirir. Amma əslində belə deyil. Həm Türkiyə, həm də Azərbaycan bütün beynəlxalq məsələlərdə öz dövlət maraqları baxımdan hərəkət edir və dövlətçiliyini gücləndirirlər. Əgər bu gün Türkiyənin dövlətçilik marağı Suriyada Amerikanın qurmaq istədiyi yeni kürd dövlətinin qarşısını almağı tələb edirsə, niyə Ankara bu istiqamətdə hərəkət edərək tədbirlər görməsin?!

Yaxud Azərbaycan Suriyada yaşamaqda olan milyonlarla türkmənin-azərbaycanlının mənafeyini qorumaq üçün nədən hərəkətə keçməli deyil?! Türkiyə və Azərbaycan beynəlxalq münasibətlərdə atdıqları addımları heç bir ölkə ilə razılaşdırmaq məcburiyyətində deyillər”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri