İran uranın ölkədən çıxarılmasını qəbul etmir Bu xərclərini ABŞ ödəməlidir

03.02.2026

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Dünən İranın ali rəhbərinin müşaviri Əli Şəmxani “Əl-Məyadin” telekanalına müsahibəsində zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı xəbərləri rədd edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Əli Şəmxani yalnız bu  məsələ ilə bağlı şərtlərini açıqlayıb. 

"Nüvə materiallarının İrandan kənara daşınmasına ehtiyac yoxdur və zənginləşdirmə səviyyəsi 60 faizdən 20 faizə endirilə bilər, ancaq bunun “xərclərini ABŞ ödəməlidir”.
Vaşinqtonla danışıqlara toxunan Şəmxani deyib ki, İran ABŞ-dən danışıqlar təklifləri almaqda davam edir. Onun sözlərinə görə, Tehran yalnız nüvə məsələsi üzrə Amerika ilə danışıqlara hazırdır.
Şəmxani İran və ABŞ nümayəndə heyətləri arasında Türkiyədə mümkün görüşləri də istisna etməyib. O, bildirib ki, danışıqlar yalnız təhdidlərdən uzaq bir mühitdə aparılarsa, birbaşa və dolayı təmaslar mümkün ola bilər.
Şəmxani qeyd edib ki, hazırda İran “B planı” mərhələsindədir və bu plan ölkənin təhlükəsizlik mərkəzlərini zəiflətməyə yönəlmiş xarici dəstəkli fəaliyyətləri əhatə edir.

Məğrur,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью