İran uranın ölkədən çıxarılmasını qəbul etmir Bu xərclərini ABŞ ödəməlidir
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
Dünən İranın ali rəhbərinin müşaviri Əli Şəmxani “Əl-Məyadin” telekanalına müsahibəsində zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı xəbərləri rədd edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Əli Şəmxani yalnız bu məsələ ilə bağlı şərtlərini açıqlayıb.
"Nüvə materiallarının İrandan kənara daşınmasına ehtiyac yoxdur və zənginləşdirmə səviyyəsi 60 faizdən 20 faizə endirilə bilər, ancaq bunun “xərclərini ABŞ ödəməlidir”.
Vaşinqtonla danışıqlara toxunan Şəmxani deyib ki, İran ABŞ-dən danışıqlar təklifləri almaqda davam edir. Onun sözlərinə görə, Tehran yalnız nüvə məsələsi üzrə Amerika ilə danışıqlara hazırdır.
Şəmxani İran və ABŞ nümayəndə heyətləri arasında Türkiyədə mümkün görüşləri də istisna etməyib. O, bildirib ki, danışıqlar yalnız təhdidlərdən uzaq bir mühitdə aparılarsa, birbaşa və dolayı təmaslar mümkün ola bilər.
Şəmxani qeyd edib ki, hazırda İran “B planı” mərhələsindədir və bu plan ölkənin təhlükəsizlik mərkəzlərini zəiflətməyə yönəlmiş xarici dəstəkli fəaliyyətləri əhatə edir.
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Fevral 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















