Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cenevrədə İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların üçüncü raundu keçirilib.
Onun nəticələrindən sonra tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, bu barədə iclasda iştirak edən respublikanın xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.
"Təfərrüatlara keçərək, razılığa gəlmək üçün zəruri olan iki sahədə müxtəlif məqamları - sanksiyaların ləğvi və nüvə məsələsini müzakirə etdik.
Biz belə qənaətə gəldik ki, danışıqlar bərpa olunmalı, razılığa gəlmək üçün hər tərəfdən müvafiq ab-hava yaradılmalı və qorunmalıdır.
Danışıqlar davam edəcək", - deyə "X"də xarici işlər nazirinin müavini yazıb.
İran və Avropa rəsmiləri arasında danışıqlar sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində diplomatlar arasında baş tutan görüşlərin davamı kimi qiymətləndirilir.