Icma.az
close
up
RU
İran və Avropa üçlüyü danışıqlarının dördüncü raundu keçirəcək

İran və Avropa üçlüyü danışıqlarının dördüncü raundu keçirəcək

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cenevrədə İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların üçüncü raundu keçirilib. Onun nəticələrindən sonra tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə iclasda iştirak edən respublikanın xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.

"Təfərrüatlara keçərək, razılığa gəlmək üçün zəruri olan iki sahədə müxtəlif məqamları - sanksiyaların ləğvi və nüvə məsələsini müzakirə etdik. Biz belə qənaətə gəldik ki, danışıqlar bərpa olunmalı, razılığa gəlmək üçün hər tərəfdən müvafiq ab-hava yaradılmalı və qorunmalıdır. Danışıqlar davam edəcək", - deyə "X"də xarici işlər nazirinin müavini yazıb.

İran və Avropa rəsmiləri arasında danışıqlar sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində diplomatlar arasında baş tutan görüşlərin davamı kimi qiymətləndirilir. Növbəti, 2024-cü il noyabrın 29-da İranın xarici işlər nazirlərinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi Cenevrədə Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə Tehranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün görüşüblər. “Farhikhtegan” qəzetinin məlumatına görə, Cenevrə səfərindən əvvəl Taxt-Rəvançi Norveç tərəfinin təşəbbüsü ilə Osloya səfər edib və burada ABŞ-la gələcək danışıqların əsasını qoymaq üçün bir sıra görüşlər keçirib.

2015-ci ildə nüvə proqramının inkişaf tempinin azaldılması müqabilində Tehrana qarşı ən sərt məhdudiyyətlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının sanksiyalarının götürülməsini nəzərdə tutan İran nüvə sazişi bağlanıb. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp öz qərarını məhdudiyyətlərin aradan qaldırılmasının İslam Respublikasına hərbi potensialını artırmağa və nüvə silahı yaratmağa imkan verəcəyi ilə izah edərək, sazişdən çıxıb. ABŞ-ın sazişdən çıxması Qərbin İrana qarşı sanksiyalarının (BMT sanksiyalarının yox) bərpasına gətirib çıxarıb. Sazişin tərəfləri olan Rusiya və Çin ABŞ-ın qərarına qarşı çıxıblar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri