İran və “Avropa üçlüyü” nüvə danışıqlarını bərpa edir Yer və tarix məlum oldu | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. İran Fransa, Almaniya və Böyük Britaniya ilə İslam Respublikasının nüvə proqramı
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqların prinsipi artıq razılaşdırılıb. Digər tərəfdən, danışıqların keçiriləcəyi yer və tarix də məlum olub.
Belə ki, “Sky News”telekanalı mənbələrə istinadla danışıqların iyulun 27-də Cenevrədə keçiriləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl “Axios” portalı mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər.
Əks halda, “AB üçlüyü” 2015-ci il razılaşmaları əsasında Tehrana qarşı qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyalarını yeniləyəcək “snapback” mexanizmini işə salmağı planlaşdırır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu