İran və “Avropa üçlüyü” nüvə danışıqlarını bərpa edir Yer və tarix məlum oldu
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Fransa, Almaniya və Böyük Britaniya ilə İslam Respublikasının nüvə proqramı üzrə danışıqları bərpa etmək barədə razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqların prinsipi artıq razılaşdırılıb.
Digər tərəfdən, danışıqların keçiriləcəyi yer və tarix də məlum olub. Belə ki, “Sky News”telekanalı mənbələrə istinadla danışıqların iyulun 27-də Cenevrədə keçiriləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl “Axios” portalı mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər.
Əks halda, “AB üçlüyü” 2015-ci il razılaşmaları əsasında Tehrana qarşı qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyalarını yeniləyəcək “snapback” mexanizmini işə salmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:İran və “Avropa üçlüyü” razılığa gəldi: danışıqlar...
20 İyun 2025 22:20
İran və Avropa üçlüyü İstanbulda: Nüvə diplomatiyasına türk imzası
16 May 2025 14:18
İran İstanbulda Avropa üçlüyü ilə nüvə danışıqları aparacaq
14 May 2025 08:32
İran və Avropa üçlüyü arasında danışıqlar İstanbulda keçiriləcək
21 İyul 2025 09:51
KİV: İran və Avropa üçlüyü gələn həftə görüşəcək
18 İyul 2025 18:34
Baxış sayı:78
Bu xəbər 20 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















