İran və İsrail birbirinin əli ilə öz məqsədlərinə həyata keçirtməyə çalışır ŞOK İDDİA | Ic…
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın İsrailə hücumunu təxirə salmaq qərarı ilə bağlı xəbərlər fonunda islam respublikasının yüksək rütbəli hərbi komandirləri yenidən Yəhudi Dövlətini təhdid etməyə başlayıblar.Bakupost.az -ın İran KİV-ə istinadən xəbərinə görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami deyib ki, İran güclü zərbələrlə İsraildən qisas alacaq.Eyni zamanda, onun müavini Əli Fədəvi deyib ki, “İslam inqilabı 45 ildən artıq tarixində heç bir şəri cavabsız qoymayıb və İran İsrailin hərəkətlərinə mütləq layiqli cavab verəcək”.Noyabrın 13-də Sky News Arabia telekanalı İranın ABŞ prezident seçkilərində Trampın qələbəsindən sonra İsrailə hücumunu təxirə salmaq qərarına gəldiyini bildirib.
Qeyd olunub ki, İslam Respublikasının bu qərarı “Tehranın Bağdad vasitəsilə aldığı xəbərdarlıq mesajından” sonra yeni seçilmiş prezidentlə danışıqlara başlanması ilə bağlıdır.
Hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlamasında bildirib ki, İran və İsrail arasında münasibətlər artıq düşmən müstəviyə keçib: "Yəni iki dövləti bir-birinin düşməni adlandıra bilərik.
Ancaq bu məsələnin göstərilən tərəfidir. Əslində hadisələri dərindən incələdikdə görürük ki, düşmənçilik belə olmur.
Yəni, bir ölkənin digərinin suveren sərhədlərini pozub ona raket zərbələri endirməsi hətta, İsrail Tehran yaxınlığında Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni raket zərbələri ilə öldürməsi maraqlı nüansdır.
Bu artıq müharibə səbəbindən əlavə olaraq İranın dövlət olaraq nüfuzunun itirilməsi deməkdir.
Tək çıxış yolu isə İsrailə qarşı müharibə elanı və ona layiqli cavab vermək idi.
Tam oxu
Xəbəri oxu