Icma.az
close
up
RU
İran və İsrail birbirinin əli ilə öz məqsədlərinə həyata keçirtməyə çalışır ŞOK İDDİA

İran və İsrail birbirinin əli ilə öz məqsədlərinə həyata keçirtməyə çalışır ŞOK İDDİA

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın İsrailə hücumunu təxirə salmaq qərarı ilə bağlı xəbərlər fonunda islam respublikasının yüksək rütbəli hərbi komandirləri yenidən Yəhudi Dövlətini təhdid etməyə başlayıblar.

Bakupost.az -ın İran KİV-ə istinadən xəbərinə görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami deyib ki, İran güclü zərbələrlə İsraildən qisas alacaq.

Eyni zamanda, onun müavini Əli Fədəvi deyib ki, “İslam inqilabı 45 ildən artıq tarixində heç bir şəri cavabsız qoymayıb və İran İsrailin hərəkətlərinə mütləq layiqli cavab verəcək”.

Noyabrın 13-də Sky News Arabia telekanalı İranın ABŞ prezident seçkilərində Trampın qələbəsindən sonra İsrailə hücumunu təxirə salmaq qərarına gəldiyini bildirib. Qeyd olunub ki, İslam Respublikasının bu qərarı “Tehranın Bağdad vasitəsilə aldığı xəbərdarlıq mesajından” sonra yeni seçilmiş prezidentlə danışıqlara başlanması ilə bağlıdır.                   


Hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlamasında bildirib ki, İran və İsrail arasında münasibətlər artıq düşmən müstəviyə keçib:                          


"Yəni iki dövləti bir-birinin düşməni adlandıra bilərik. Ancaq bu məsələnin göstərilən tərəfidir. Əslində hadisələri dərindən incələdikdə görürük ki, düşmənçilik belə olmur. Yəni, bir ölkənin digərinin suveren sərhədlərini pozub ona raket zərbələri endirməsi hətta, İsrail Tehran yaxınlığında Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni raket zərbələri ilə öldürməsi maraqlı nüansdır. Bu artıq müharibə səbəbindən əlavə olaraq İranın dövlət olaraq nüfuzunun itirilməsi deməkdir. Tək çıxış yolu isə İsrailə qarşı müharibə elanı və ona layiqli cavab vermək idi. Ancaq əksinə, nə İsrail, nə də İran bir-birinə müharibə elan edir. Ona görə də burada iki nüans ön plana çıxır. Dolaşan şaiyələrə istinadən deyə bilərik ki, həqiqətən bu iki ölkə Yaxın Şərqdə öz maraqlarını təmin etmək üçün bir-birləri ilə razılaşıblar. Yəni düşmən imici formalaşdırmaqla bir-birinin əli ilə öz məqsədlərinə həyata keçirtməyə çalışırlar"

Analitik əlavə edib ki, ikinci real ehtimal isə İran-İsrail tərəfləri sahib olduqları hərbi-texniki və siyasi imkanları hələ də tam ölçə bilməməsidir:

"Bu səbəbdən faktiki müharibə elan etməkdən çəkinirlər. Hər bir halda İranın İsrailə qarşı cavab zərbələri Amerikadakı seçkilərin nəticəsindən asılı olacaq. Çünki İran tərəfi Amerika seçkilərini Donald Trampın qazandığını hesablayır. Tramp isə xarici siyasətində İran və Çini Amerikanın əsas düşməni hesab edir. Tehran bilir ki, yeni ilin yanvarından etibarən, onların həm İsrail, həm də Amerika ilə münasibətləri daha kritik olacaq. Nəticədə İran iki ölkəyə qarşı mübarizəsində böyük problemlərlə üzləşəcək. Ona görə də hazırda İsrailə zərbə endirib Tramp iqtidarını əsəbləşdirməməyə çalışırlar.  İsrail isə müəyyən qədər rahatdır. Əgər seçkilərdə yenidən demokratlar qazansaydılar, bu günki Amerika siyasəti təkrar olunacaqdı. Yəni, demokrat iqtidarı Rusiyanı Amerikanın əsas düşməni elan edib. Bu səbəbdən antirusiya siyasəti onların əsas gündəliyi idi. Bütün bunları nəzərə alaraq bundan sonra İranın daha səbrli, təmkinli, münaqişədən yayınan tərəf kimi çıxış edəcəyini düşünürəm. Ancaq İsrail İrana qarşı daha sərt addımlar ata bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri