Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Federasiyası və İran İslam Respublkası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Baqayi məlumat verib.
“İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var.
Onun mühüm hissəsini ticarət-iqtisadiyyat, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləri təşkil edir.
Bu saziş Moskva ilə Tehran arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında 2001-ci il tarixli mövcud sazişi yeniləyəcək və əlavə edəcək”, - deyə diplomat həftəlik brifinqdə bildirib.
Baqayinin qeyd etdiyi kimi, “son 20-30 il ərzində İran və Rusiya əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə genişləndiriblər, ona görə də sənədin yenilənməsinə ehtiyac var idi”.
Bundan əvvəl İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Rusiya-İran sazişinin 2025-ci il yanvarın 17-də Moskvada iki ölkə prezidentləri arasında danışıqlar zamanı imzalanacağını bildirmişdi.