Icma.az
close
up
RU
İran XİN: Rusiya ilə müqavilədə müdafiə məsələləri də yer alacaq

İran XİN: Rusiya ilə müqavilədə müdafiə məsələləri də yer alacaq

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Federasiyası və İran İslam Respublkası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Baqayi məlumat verib.

“İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsini ticarət-iqtisadiyyat, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləri təşkil edir. Bu saziş Moskva ilə Tehran arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında 2001-ci il tarixli mövcud sazişi yeniləyəcək və əlavə edəcək”, - deyə diplomat həftəlik brifinqdə bildirib.

Baqayinin qeyd etdiyi kimi, “son 20-30 il ərzində İran və Rusiya əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə genişləndiriblər, ona görə də sənədin yenilənməsinə ehtiyac var idi”.

Bundan əvvəl İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Rusiya-İran sazişinin 2025-ci il yanvarın 17-də Moskvada iki ölkə prezidentləri arasında danışıqlar zamanı imzalanacağını bildirmişdi.

Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin Rusiya Federasiyası ilə İran arasında əlaqələrin inkişafında əsas mərhələyə çevrilməsi nəzərdə tutulur. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir və Rusiya-İran qarşılıqlı fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən müdafiə, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələrində yeni üfüqlər açacaq. Hazırda dövlətlər 2001-ci ildə Rusiya ilə İran arasında münasibətlərin əsasları və əməkdaşlığın prinsipləri haqqında Müqavilənin müddəalarını rəhbər tuturlar.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri