Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
İrana qarşı hərbi əməliyyatlar Azərbaycana da təsirsiz ötüşməyəcək.
Bunu Newscenter.az-a deyən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, ilk növbədə dünyada neftin və qazın qiyməti qalxa bilər və bunu Azərbaycan üçün yeganə müsbət hal olaraq qiymətləndirmək olar:
“Regionda bir çox sahələrdə xüsusilə də investisiya və logistika nəqliyyat sahələrində vəziyyət dəyişəcək və ciddi problemlər bizim ölkəmizdən də yan keçməyəcək desək yanılmarıq. Ölkəmizə qarşı qaçqın axınını da xüsusi olaraq qeyd etmək istəyirəm”.
Ekspert qeyd edib ki, hər şey gedişata və situasiyaya bağlıdır:
“Bu baxımdan hesab etmək olar ki, əgər müharibə olarsa, Azərbaycan neytral praqmatik mövqeyə üstünlük verəcək, sülh, sabitlik və dialoq ritorikasını seçəcək. Bu Azərbaycanın xarici siyasi xətti ilə daha çox uzlaşır və paralel olaraq həmçinin İranla bağlı bütün prosesləri izləməkdə fayda var. Burda ölkəmizin maraqları baxımından vəziyyətə və hadisələrin gedişatına nəzarət və hadisələr üzərində ciddi arasdırmalara ehtiyac var və bundan sonrakı dönəmlərdə də ehtiyac daha çoxdur”.
Süleyman