İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
İrana qarşı hərbi əməliyyatlar Azərbaycana da təsirsiz ötüşməyəcək.
Bunu Newscenter.az-a deyən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, ilk növbədə dünyada neftin və qazın qiyməti qalxa bilər və bunu Azərbaycan üçün yeganə müsbət hal olaraq qiymətləndirmək olar:
“Regionda bir çox sahələrdə xüsusilə də investisiya və logistika nəqliyyat sahələrində vəziyyət dəyişəcək və ciddi problemlər bizim ölkəmizdən də yan keçməyəcək desək yanılmarıq. Ölkəmizə qarşı qaçqın axınını da xüsusi olaraq qeyd etmək istəyirəm”.
Ekspert qeyd edib ki, hər şey gedişata və situasiyaya bağlıdır:
“Bu baxımdan hesab etmək olar ki, əgər müharibə olarsa, Azərbaycan neytral praqmatik mövqeyə üstünlük verəcək, sülh, sabitlik və dialoq ritorikasını seçəcək. Bu Azərbaycanın xarici siyasi xətti ilə daha çox uzlaşır və paralel olaraq həmçinin İranla bağlı bütün prosesləri izləməkdə fayda var. Burda ölkəmizin maraqları baxımından vəziyyətə və hadisələrin gedişatına nəzarət və hadisələr üzərində ciddi arasdırmalara ehtiyac var və bundan sonrakı dönəmlərdə də ehtiyac daha çoxdur”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Deputat: Azərbaycana qərəzli yanaşma Almaniyanın bizim regiondakı maraqlarına təsirsiz ötüşməyəcək
31 Mart 2025 16:07
İsrail İran müharibəsi Azərbaycan turizminə təsirsiz ÖTÜŞMƏYƏCƏK
19 İyun 2025 17:42
“Putin Əliyev danışığı proseslərə təsirsiz ötüşməyəcək” Deputat
08 Oktyabr 2025 18:50
Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər Namazov
24 Aprel 2025 13:07
Suriyada TOQQUŞAN MARAQLAR: “Təsirsiz ötüşməyəcək” Yeni Çağ Media
03 Dekabr 2024 14:11
Baxış sayı:146
Bu xəbər 31 Yanvar 2026 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















