Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran İslam Respublikasında uzun illərdir davam edən quraqlıq ölkənin su ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olub və hökuməti radikal həll yolları axtarmağa məcbur edib.
Reyting.az xəbər verir ki, İranın energetika naziri Abbas Əliabadi su təchizatındakı ciddi çatışmazlığa görə qonşu ölkələrdən su ala biləcəklərini bildirib.
Xarici su təchizatına açıq olduğunu elan edən Türkiyə, İrana su verə biləcək potensial namizədlərdən biri kimi göstərilir.
Lakin Türkiyə Meteorologiya Xidmətinin məlumatlarına görə, son bir ildə Türkiyənin İranla həmsərhəd əyalətlərində orta və şiddətli quraqlıq hökm sürür.
Bundan başqa, ölkənin bir çox bölgəsi də kifayət qədər yağıntı olmadığından quraqlıqla üzləşir.
Türkiyədən başqa, İran ətrafındakı vəziyyət də ürəkaçan deyil.
İraq, Əfqanıstan və Pakistan da daxil olmaqla, regionun böyük hissəsi şiddətli quraqlıqla mübarizə aparır.