İranda daha iki SEPAH generalı öldürülüb

09.03.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-İsrail hücumları nəticəsində İsfahandakı SEPAH-ın komandir müavini briqada generalı Hacı Əli Haşimi və SEPAH Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri Əbu Qasim Babaiyan öldürülüb.

 Ölkə.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda deyilir. 
İsrail ordusunun açıqlamasında Babaiyanın İran ali rəhbərinin hərbi ofisinin rəhbəri vəzifəsində çalışdığı iddia edilir.

ISNA məsələ ilə bağlı SEPAH-ın bəyanatını yayımlayıb.

Bəyanatda deyilir ki, İsfahandakı Sahib əz-Zaman İnqilab Keşikçilərinin koordinator müavini, briqada generalı Hacı Əli Haşimi ABŞ-İsrail hücumlarında həlak olub.
İsrail ordusunun digər açıqlamasında isə  SEPAH-ın Hərbi Hava Qüvvələrinin qərargahını hədəf aldığı bildirilir. 

Obyektin 3D görüntülərinin yer aldığı açıqlamada, obyektin İranın hava qüvvələri əməliyyatlarını idarə etmək üçün istifadə etdiyi əsas komanda və idarəetmə mərkəzi olduğu iddia edilib.

Açıqlamada qeyd olunub ki, İranın ballistik raketləri, pilotsuz təyyarələri və digər hava qüvvələri bölmələri bu qərargahdan idarə olunur.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью