İranda daha iki SEPAH generalı öldürülüb
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-İsrail hücumları nəticəsində İsfahandakı SEPAH-ın komandir müavini briqada generalı Hacı Əli Haşimi və SEPAH Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri Əbu Qasim Babaiyan öldürülüb.
Ölkə.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda deyilir.
İsrail ordusunun açıqlamasında Babaiyanın İran ali rəhbərinin hərbi ofisinin rəhbəri vəzifəsində çalışdığı iddia edilir.
ISNA məsələ ilə bağlı SEPAH-ın bəyanatını yayımlayıb.
Bəyanatda deyilir ki, İsfahandakı Sahib əz-Zaman İnqilab Keşikçilərinin koordinator müavini, briqada generalı Hacı Əli Haşimi ABŞ-İsrail hücumlarında həlak olub.
İsrail ordusunun digər açıqlamasında isə SEPAH-ın Hərbi Hava Qüvvələrinin qərargahını hədəf aldığı bildirilir.
Obyektin 3D görüntülərinin yer aldığı açıqlamada, obyektin İranın hava qüvvələri əməliyyatlarını idarə etmək üçün istifadə etdiyi əsas komanda və idarəetmə mərkəzi olduğu iddia edilib.
Açıqlamada qeyd olunub ki, İranın ballistik raketləri, pilotsuz təyyarələri və digər hava qüvvələri bölmələri bu qərargahdan idarə olunur.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















