İranda dəhşət: 8 pakistanlı güllələndi | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat yayır. İranın Sistan və Bəlucistan əyalətinin Mehristan rayonunun Hizabad kəndində Pakistanın 8
Axar.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, silahlı şəxslər Hizabad kəndində avtomobil təmiri sexinə hücum edərək orada işləyən pakistanlıların əl-ayağın bağladıqdan sonra güllələyib və hadisə yerindən qaçıblar.
Pakistanın Baş naziri Şahbaz Şərif bunu terror adlandırıb və İran rəsmilərindən hadisə səbəbkarlarının saxlanılaraq cəzalandırılmasını istəyib.
Pakistanın yerli mənbələrinin yazdığına görə, aprelin 12-də baş verən silahlı hücumun məsuliyyətini Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.
Frasa xəbər agentliyinin məlumatına görə, Bəlucistan Azadlıq Ordusu ilə yanaşı, bəlucların silahlı təşkilatı olan “Ceyş əl-Ədl” də hücumun məsuliyyətini qəbul edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu