İranda dəhşət: 8 pakistanlı güllələndi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İranın Sistan və Bəlucistan əyalətinin Mehristan rayonunun Hizabad kəndində Pakistanın 8 vətəndaşı güllələnərək öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, silahlı şəxslər Hizabad kəndində avtomobil təmiri sexinə hücum edərək orada işləyən pakistanlıların əl-ayağın bağladıqdan sonra güllələyib və hadisə yerindən qaçıblar.
Pakistanın Baş naziri Şahbaz Şərif bunu terror adlandırıb və İran rəsmilərindən hadisə səbəbkarlarının saxlanılaraq cəzalandırılmasını istəyib.
Pakistanın yerli mənbələrinin yazdığına görə, aprelin 12-də baş verən silahlı hücumun məsuliyyətini Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.
Frasa xəbər agentliyinin məlumatına görə, Bəlucistan Azadlıq Ordusu ilə yanaşı, bəlucların silahlı təşkilatı olan “Ceyş əl-Ədl” də hücumun məsuliyyətini qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 14 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















