Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır. Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində
İSNA agentliyi hökmün icra üçün Tehran məhkəməsinə göndərildiyinə dair məlumat yayıb.
Bəs İranda edam cəzaları və cinayət məhkəməsi prosedurları hansı formada həyata keçirilir? Teleqraf.com bununla bağlı materialı təqdim edir.
Sözügedən ölkədə qanunlar İslami Şura Məclisi tərəfindən yaradılır və Keşikçilər Şurası tərəfindən yoxlanılır.
Qanunların şəriətə uyğun olması gözlənilsə də, bir çox qanunlar mülki qanunlardan irəli gəlir.
Məsələn, bu ölkədə edilən edamların əksəriyyəti narkotik alverçiləri ilə bağlıdır və bu qanunlar şəriət qanunlarına deyil, mülki qanunlara əsaslanır.
İranda cinayət məhkəmələri üç növə ayrılır: 1) Birinci instansiya cinayət məhkəmələri: Bu məhkəmələr ağır cinayətlərə, qətl, zorlama və oğurluq kimi qisas cinayətlərinə baxır.
Bu məhkəmələr ölüm hökmü verə bilər. 2) İkinci instansiya cinayət məhkəmələri: Qanun pozuntularına və digər cinayətlərə baxır.