“İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir” Qüdrət Həsənquliyev | Icma.…
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik: - Qüdrət bəy, Rusiya ilə Ukrayna arasında müharibə daha da şiddətlənir, İranda yük avtomobillərinin sürücüləri tətil edir.
Oonşularımız olan bu iki ölkədə baş verənlərin Azərbaycana təsiri nə ola bilər və mənfi təsirləri minimuma endirmək üçün hansısa işlər görülürmü?
- Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə həm Rusiyanın öz iqtisadiyyatına böyük ziyan vurur, əhalinin sosial vəziyyətini ağırlaşdırır, həm də qonşu ölkələr, Rusiyanın iqtisadi sahədə əməkdaşlıq etdiyi dövlətlər bundan əziyyət çəkirlər.
Son 10 ildə əmək miqrantları tərəfindən Rusiyadan ölkəmizə göndərilən maliyyə vəsaitinin həcmi 10 dəfəyə qədər azalıb.
Rusiya keçmiş sovet respublikalarından gəlmiş əmək miqrantlarını müharibəyə göndərmək üçün miqrasiya siyasətini sərtləşdirib.
Onlardan tələb olunur ki, ya ölkəni tərk et, ya da orduya yazıl və sağ qalsan Rusiya vətəndaşlığı al.
Tam oxu
Xəbəri oxu