Icma.az
close
up
RU
“İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir” Qüdrət Həsənquliyev

“İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Rusiya ilə Ukrayna arasında müharibə daha da şiddətlənir, İranda yük avtomobillərinin sürücüləri tətil edir. Oonşularımız olan bu iki ölkədə baş verənlərin Azərbaycana təsiri nə ola bilər və mənfi təsirləri minimuma endirmək üçün hansısa işlər görülürmü?

- Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə həm Rusiyanın öz iqtisadiyyatına böyük ziyan vurur, əhalinin sosial vəziyyətini ağırlaşdırır, həm də qonşu ölkələr, Rusiyanın iqtisadi sahədə əməkdaşlıq etdiyi dövlətlər bundan əziyyət çəkirlər. Son 10 ildə əmək miqrantları tərəfindən Rusiyadan ölkəmizə göndərilən maliyyə vəsaitinin həcmi 10 dəfəyə qədər azalıb. Rusiya keçmiş sovet respublikalarından gəlmiş əmək miqrantlarını müharibəyə göndərmək üçün miqrasiya siyasətini sərtləşdirib. Onlardan tələb olunur ki, ya ölkəni tərk et, ya da orduya yazıl və sağ qalsan Rusiya vətəndaşlığı al. Sərhədlərimiz bağlı olduğu üçün vətəndaşlarımızın geri dönməsi çox da asan deyil. İndi gənclərimiz iş üçün Rusiyaya getməkdən çəkinirlər. Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir. Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır, Azərbaycanda elə bir nəsil yoxdur ki, onlardan kimsə Rusiyada yaşamasın. Müharibə həm də həmin ailələrə əlavə gərginlik və stress yaşadır. Avropa Ukraynaya az da olsa kömək etdiyindən Putin Trampla birgə Ukraynanı hələlik kapitulyasiyaya məcbur edə bilmir. Ona görə də müharibə hələ bir müddət davam edəcək.
İranla bağlı isə Pezeşkian prezident seçiləndə bəyan etmişdim ki, dini lider xalq tərəfindən birbaşa seçilmiş legitim prezidenti dəstəkləməli və ona ciddi islahatlar həyata keçirmək üçün imkan yaratmalıdır. Bu, bəlkə də İranın dinc inkişafı üçün sonuncu şansdır. Amma biz, seçkilərdən kifayət qədər vaxt keçsə də, islahatlara başlanılmasını müşahidə etmirik. İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir, çünki Çinlə ticarət əsasən İran üzərindən həyat keçirilir. İran müsəlman ölkəsidir, əhalisinin az qala yarısı azərbaycanlılardır. Onların rifahı və təhlükəsizliyi bizi də ciddi narahat edir. İranla geniş iqtisadi əlaqələrimiz var. Azərbaycan dövlətinin banisi Rəsulzadənin dünyalarca məşhur bir şüarı var, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”.
İranda insan hüquq və azadlıqlarına hörmət edilməsi, milli hüquqlardan istifadəyə və milli mədəniyyətin inkişafına imkan yaradılması, yerli dövlət hakimiyyət orqanlarına geniş səlahiyyətlərin verilməsi, iqtisadi azadlıqların genişləndirilməsi, rəqabət mühitinin yaradılması, korrupsiya ilə effektli mübarizə, imtiyazlardan imtina vətəndaş qarşıdurmasını önləyə, ölkəni yeni inkişaf mərhələsinə çıxara bilər. İranın daxili zəifliyini görən ABŞ və İsrail də nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması məsələsində daha maksimalist mövqe sərgiləyirlər.
Bizə sabitliyin hökm sürdüyü və inkişaf edən sivil qonşular lazımdır.
Azərbaycan xaricdən mənfi təsirləri azaltmaq üçün enerji istehsalını və satışını artırmağa çalışır. Bunu təqdir etməklə yanaşı, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində atılan addımları yetərli saymıram. İqtisadiyyatımız şaxələndirilməli, qeyri-neft sektoru, sahibkarlıq inkişaf etdirilməli, ciddi iqtisadi islahatlar aparılmalıdır.

- Qüdrət bəy, ABŞ prezidenti Trampla seçkilərdə ona ciddi dəstək vermiş Mask arasında yaranan münaqişəni bəzi ekspertlər razılaşdırılmış tamaşa adlandırır. Siz necə düşünürsünüz? ABŞ-ni nə gözləyir?

- Bunu deyənlər ya baş verənləri ciddi izləmir, ya da çox böyük fantaziyaya malikdirlər. Bu ehtimal sıfıra yaxındır. Mask tərəfindən Trampın yetkinlik yaşına çatmayan qızları istismar edən və həbsxanada özünü asan, qızlarla və Epşteynlə birgə videosunun paylaşılması və ona impiçment elan olunmasına çağırış oyun ola bilməz. Belə şeylər bağışlanmır. Mask Prezidentin yanında özünü çox ədəbsiz aparırdı və bu çox davam edə bilməzdi. Onun davranışları həm də narkotik sərxoşluq vəziyyətində olan adam görüntüsü yaradırdı. Ona görə də Tramp özünü ikinci prezident kimi aparan Maskla yollarını ayırdı. Düşünürəm bir azdan Maska hazırda Moskvada olan atası başa salacaq, bəlkə də artıq başa salıb ki, pullarına və xaricdəki dostlarımıza çox güvənmə. O, sakitləşəcək, əks halda məhv ediləcək. Öz xidmətlərini həddindən artıq şişirdən və özünü apara bilməyən yüksək ranqlı vəzifə sahibləri bizdə də olub və var. Ona görə deyirlər ki, şəxsin öz səviyyəsindən yüksək vəziyə təyin olunması və pula hərisliyi dövlət və cəmiyyət üçün fəlakətdir. Bizdə Mask kimi prezidentin yanında ədəbsizlik edə bilməsələr də, bəziləri fikirləşir ki, bu qədər yüksək vəzifə səlahiyətlərinə və müəyyən xarici əlaqələrə malikəmsə, qulluq mövqeyimdən sui-istifadə edə, milyonları büdcədən yayındıra , insanları, sahibkarları, kiçik ranqlı məmurları, bir sözlə hər kəsi Maskdan da çox incidə bilərəm. Mask yalnız siyasi məqsədəuyğunluq baxımından insanlara yanaşır və işdən çıxarırdı. İnkişafı əngəlləyən və vətəndaşları dövlətdən, hökumətdən narazı salan belə davranış əksər hallarda yaxşı sonuclanmır.
Tramp avtoritar idarəetməyə üstünlük verir. ABŞ-də isə tam müstəqil olmasa da məhkəmə hakimiyyəti, qismən azad media, xalqın iradəsi ilə formalaşan Konqress, vətəndaş cəmiyyəti institutları, müxalifət var. ABŞ həm də federal dövlətdir, ştatlar-fedrasiyanın subyektləri geniş səlahiyyətlərə malikdir. Ona görə Trampın onları ram etməsi çətin olacaq. İmpulsiv, qanunlara çox da hörmət etməyən və Putinin adamı sayılan Tramp vəzifədə qalmaqda davam edərsə ABŞ-ni yenidən böyük olmaq yox, yox olmaq təhlükəsi gözləyir. ABŞ-nin çöküşündən bütün dünya əziyyət çəkəcək. Xatırlayırsınızsa Tramp atəşkəs elan olunmasa danışıqlardan çıxacağı ilə hədələyirdi. Mən isə deyirdim ki, Putin icazə versə o vasitəçilikdən geri çəkilə bilər. Bu isə indiki halda Rusiyanın maraqlarına cavab vermir. Tramp hal-hazırda vasitəçi kimi Rusiyaya yeni sanksiyalrın tətbiqinin qarşısını ala bilir.
Dünya böyük çalxalanma dövrünə qədəm qoyub. Şükür edək ki, İlham Əliyev ölkəni bu təlatümlərdən kənarda saxlamağı bacarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri