İranda saxlanılan avtobuslar Naxçıvana çatır | Icma.az
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran İslam Respublikasından keçən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem aradan qaldırılıb.
APA xəbər verir ki, avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar. Artıq avtobuslar Naxçıvana çatır.
AYNA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılsa da, 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib.
Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib.
Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb.
Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir.
Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.
Tam oxu
Xəbəri oxu