İranda saxlanılan avtobuslar Naxçıvana çatır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran İslam Respublikasından keçən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem aradan qaldırılıb.
APA xəbər verir ki, avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar.
Artıq avtobuslar Naxçıvana çatır.
AYNA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılsa da, 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir.
Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 20 İyul 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















